Home » Azərbaycan-Özbəkistan biznes forumu keçirilib

Azərbaycan-Özbəkistan biznes forumu keçirilib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan-Özbəkistan biznes forumunda hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib. 

Bakıda Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. Tədbirdə hər iki ölkənin rəsmi şəxsləri və iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən iş adamları  iştirak ediblər.

Biznes forumdakı çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti, yerli və xarici iş adamlarının iştirakı ilə birgə layihələrin reallaşdırılmasına KOBİA-nın dəstəyi barədə məlumat verib, hər iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb. Qeyd edilib ki, KOBİA iş adamları arasında əlaqələrin daha da genişləndirilməsi, KOB-ların iştirakı ilə birgə təşəbbüslərin həyata keçirilməsi üçün Özbəkistanın müvafiq qurumları ilə əməkdaşlıq edir. Agentlik və Özbəkistanın sahibkarlıqla bağlı müxtəlif təşkilatları arasında imzalanmış sənədlər iş adamları arasında əməkdaşlığın inkişafı, birgə tədbirlərin keçirilməsi, məlumat və təcrübə mübadiləsi kimi sahələri əhatə edir. Agentliyin ölkəmizdə biznesin qurulması sahəsində xarici ölkələrin iş adamlarına dəstəyə dair müsbət əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edən KOBİA sədri Özbəkistandan olan sahibkarları Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki biznes və investisiya imkanlarından istifadə etməyə dəvət edib.

Tədbir B2B formatında görüşlərlə davam etdirilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.