Home » Kürdəmirdə AFAQ və “Şəhərdən kəndə” layihələri çərçivəsində fermerlərlə görüş keçirilib

Kürdəmirdə AFAQ və “Şəhərdən kəndə” layihələri çərçivəsində fermerlərlə görüş keçirilib

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) və “Şəhərdən Kəndə” layihələri çərçivəsində Kürdəmir Rayon İcra Hakimiyyətində fermerlərlə görüş keçirilib.

Tədbirdə kənd təsərrüfatı sahəsində qadınların məşğulluq və sahibkarlıq fəaliyyətlərinin artırılması istiqamətində müzakirələr aparılıb, həmçinin AFAQ layihəsinin dəstək fəaliyyətləri barədə fermerlərə ətraflı məlumat verilib.

Müzakirə zamanı aqroturizmin inkişafına dəstək göstəsən “Şəhərdən Kəndə” layihəsinin fermerlər üçün üstünlükləri diqqətə çatdırılıb. Bildirilib ki, layihənin əsas məqsədi fermer təsərrüfat sahəsində yerli və xarici turistləri qonaq etməklə satış imkanlarının artırılması, turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Müzakirə zamanı kənd evləri, təsərrüfat və istehsal sahələrinə mütəmadi turların təşkil olunduğu qeyd olunub. Turistlərin təsərrüfat sahələrinə gedişini asanlaşdırmaq üçün “Şəhərdən kəndə” elektron platformasının yaradıldığı qeyd olunub. Həmçinin tədbirdə fermerlərin aqrar sahədə üzləşdikləri çətinliklər və həll yolları müzakirə edilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.