Home » Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirilib – Foto

Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş keçirilib – Foto

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

İqtisadiyyat Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşdə əməkdaşlığın istiqamətləri və gündəlikdəki məsələlər müzakirə edilib.

İqtisadiyyat Nazirliyində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Azərbaycan iqtisadiyyatı, ölkəmizin 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində görülən işlər, işğaldan azad olunmuş ərazilərə investisiyaların cəlbi, tətbiq olunan güzəşt və stimullar barədə məlumat verib. Nazir müavini beynəlxalq maliyyə qurumları ilə, o cümlədən BVF ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə mütərəqqi təcrübənin və texnoloji yeniliklərin təşviqinə önəm verildiyini vurğulayıb.

Anna Bordon BVF ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişaf etdiyini bildirib, tərəfdaşlığa dair fikirlərini bölüşüb.

Tərəflər ortamüddətli dövr üçün perspektivlər, energetika sektorunun inkişaf istiqamətləri, vergi siyasəti və inzibatçılığı sahəsində son islahatlar və növbəti dövrlər üzrə nəzərdə tutulan tədbirlər ətrafında müzakirələr aparıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.