2
“2023-cü ilin yanvar-oktyabr aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,2% artaraq 14 mlrd. 593,5 mln. manat olub”.
BBN.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Bu müddətdə qeyri neft-qaz sektorundan vergi daxilolmaları isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2% artaraq 8 mlrd. 387,4 mln. manat təşkil edib”, – deyə nazir qeyd edib.