Home » Şengen vizası rəqəmsallaşır

Şengen vizası rəqəmsallaşır

by yunus
0 rəy 4 baxış 1 dəqiqə oxuma

Avropa İttifaqı (Aİ) Şengen müraciətlərinin rəqəmsal şəkildə edilməsinə icazə verən qərarı qəbul edib. Bu gün qəbul edilən qərarlar imzalandıqdan sonra Aİ-nin rəsmi jurnalında dərc olunacaq və 20 gün sonra qüvvəyə minəcək. Rəqəmsal viza müraciətlərinin nə vaxt başlayacağı viza platformasında texniki işlər tamamlandıqdan sonra elan ediləcək.

BBN.az xəbər verir ki, Şengen vizaları artıq onlayn almaq olacaq. Aİ-nin yeni tətbiqi qüvvəyə mindiyi zaman pasportlara yapışdırılan vizalar rəqəmsallaşacaq və 2D ştrix-kod kimi onlayn veriləcək. Vizaları mobil cihazlara yükləmək mümkün olacaq. Viza üçün müraciət edənlər bir çox dillərdə onlayn viza tələb edə biləcəklər.

Əlavə edək ki, yalnız ilk dəfə viza üçün müraciət edənlər, biometrik məlumatları etibarlı olmayanlar və yeni pasportları olanlar Şengen ölkələrinin konsulluqlarına getməli olacaqlar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.