Home » Tacikistanın Əmək Naziri DOST Mərkəzində olub

Tacikistanın Əmək Naziri DOST Mərkəzində olub

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Qonağa DOST konsepsiyası barədə məlumat verilib. Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında  DOST Agentliyi və bundan sonra 7 DOST Mərkəzinin açıldığı, hazırda bu mərkəzlərin şəbəkəsinin genişləndirilməsi işlərinin davam etdirildiyi qeyd olunub. Bildirilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası 159 sosial xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim olunmasına imkan verir.

DOST modelinin innovativ üstünlükləri və nailiyyətləri, bu konsepsiyanın dünyanın qabaqcıl təcrübələri sırasına daxil edildiyi və beynəlxalq uğurları diqqətə çatdırılıb.

Daha sonra Tacikistan nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib. Görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev iştirak edib. Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar, bu sahələrdə innovativ həllərin geniş tətbiqi işləri, ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri barədə məlumat verilib.

Görüşdə, həmçinin qurumlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilib, ikitərəfli maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.