Home » Azərbaycan və Türkiyə arasında İKT sektoru üzrə əməkdaşlıqda yeni inkişaf mərhələsinə qədəm qoyulub

Azərbaycan və Türkiyə arasında İKT sektoru üzrə əməkdaşlıqda yeni inkişaf mərhələsinə qədəm qoyulub

by ulviyya
0 comment 2 views 2 minutes read

Azərbaycan və Türkiyə arasında Texnopark rezidentliyi qanunu əsasında İKT sektoru üzrə əməkdaşlıqla bağlı yeni inkişaf mərhələsinə qədəm qoyulub.

Belə ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə “Türkiyə texnologiya bazarı ilə tanışlıq” tədbirinin ikinci mərhələsi baş tutub.

Türkiyənin Kommunikasiya Texnologiyaları Klasteri (HTK), Türkiyə Proqram İstehsalçıları Birliyi (YASAD) və Türkiyə Xidmət İxracatçıları Birliyi (HİB) kimi əsas sənaye oyunçuları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirdə Türkiyənin 19 aparıcı İKT şirkətinin nümayəndələri iştirak edib. Tədbiri Türkiyənin Azərbaycan Respublikasındakı səfiri Cahit Bağçı ziyarət edib və tədbir təşkilatçılarına türk şirkətlərinə belə bir imkanın Azərbaycanda yaradıldığına görə öz minnətdarlığını bildirib. Səfir bu tədbirin Azərbaycan və Türkiyə arasında İKT sahəsi üzrə biznes əməkdaşlığın yeni  təməl səhifəsinin başlandığını vurğulayıb, sözügedən tədbirin Türkiyə və Azərbaycan şirkətlərinin əməkdaşlığına töhfə verəcəyini, bunun gələcəkdə hər iki dövlətin İKT sektoruna mühüm faydaları olacağını bildirib. Qonaq şirkətlər yerli qurum və şirkətlərin nümayəndələrindən ibarət auditoriyaya Türkiyənin İKT sektorunun güclü tərəflərini və təcrübəsini nümayiş etdirib.

Açılış mərasimində İRİA-nın sədri İnarə Vəliyeva türkiyəli qonaqları salamlayaraq, tədbirin iki ölkə arasında ikitərəfli münasibətlər baxımından yeni mərhələnin inkişafında əhəmiyyətini vurğulayıb. Platformanın türk şirkətləri üçün öz imkanlarını təqdim etmək və azərbaycanlı həmkarları ilə əlaqə və əməkdaşlıq yaratmaq üçün unikal imkan olduğu qeyd olunub.

Daha sonra YASAD-ın sədri Gönül Kamali, HİB sədri İlhan Bagoren, HTK sədri İlyas Karaduman çıxış edərək Azərbaycanın biznes üçün əlverişli mühit olmasına əminliklərini ifadə ediblər. Relokasiya proqramı və Texnopark rezidentliyi çərçivəsində təqdim olunan mühüm üstünlükləri və güzəştləri yüksək qiymətləndirilib. Eyni zamanda Azərbaycanın Avrasiyada biznes mərkəzi kimi strateji əhəmiyyəti vurğulanıb.

Tədbir çərçivəsində eyni zamanda türk şirkətləri ilə Azərbaycanın aparıcı texnologiya şirkətləri arasında ikitərəfli işgüzar görüşlər, potensial tərəfdaşlıq və əməkdaşlıqlar barədə konkret müzakirələr aparılıb.

Xatırladaq ki, oktyabr ayında İRİA-nın rəhbər heyətinin Türkiyəyə işgüzar səfəri zamanı rəqəmsal inkişaf sahəsində təcrübə mübadiləsi, beynəlxalq tədbirlərdə orta əməkdaşlıq imkanlarının geniş dəyərləndirilməsi və Türkiyə bazarı ilə tanışlıq istiqamətində 75-dən çox türk şirkəti ilə ilkin görüşlər keçirilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.