1
Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərən avtomobil istehsalı müəssisələrində müsbət dinamika müşahidə edilir.
BBN.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir bildirib ki, sənaye zonalarında ilk avtomobil istehsalına 2018-ci ildə başlanılıb, həmin il 712 ədəd avtomobil istehsal edilmişdisə, 2023-cü ildə bu rəqəm 4233 təşkil edib. Bu, 2022-ci illə müqayisədə təqribən 109 faiz artım deməkdir.