1
Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 159,4 milyon manatı və yaxud 1,7 %-i sair daxilolmaların payına düşüb.
BBN.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Yanvar-mart aylarında büdcə gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 3,4 %-ni sair daxilolmalar təmin edib.