
Niderlandın “ING Group” bank qrupunun qiymətləndirmələrinə görə, Azərbaycanda inflyasiya yaxın iki ildə sabit templə davam edəcək.
Beynəlxalq maliyyə qurumunun proqnozlarına əsasən, 2026-cı ildə inflyasiya 5,2%, 2027-ci ildə isə 5,1% səviyyəsində gözlənilir.
2026-cı il üzrə rüblük göstəricilərə əsasən, inflyasiyanın II rübdə 5,4%, III rübdə 4,9%, IV rübdə isə 4,8% olacağı proqnozlaşdırılır.
2027-ci ildə isə inflyasiyanın I rübdə 4,7%, II rübdə 5,1%, III rübdə 5,3% və IV rübdə 5,4% səviyyəsində formalaşacağı gözlənilir.
Eyni zamanda qeyd olunur ki, rəsmi qurumların məlumatına əsasən, 2026-cı ildə ölkədə neft və qaz hasilatının azalacağı ehtimal edilir. Bununla belə, 2029–2030-cu illərdə neft və əmtəəlik qaz hasilatının artması fonunda sektor üzrə yenidən yüksəliş gözlənilir.
Proqnozlara görə, 2027-ci ildə əsas kapitala investisiyalar 5,6% artacaq, orta müddətli perspektivdə isə illik orta artım 2,1% təşkil edəcək. Həmçinin, 2026-cı ildən başlayaraq 2028-ci ilin sonunadək neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarının artacağı bildirilir.




