Home » PAŞA Bank-ın CEO-su rəqibləri sırasında TOP 3-də qərarlaşmasının səbəblərini açıqladı

PAŞA Bank-ın CEO-su rəqibləri sırasında TOP 3-də qərarlaşmasının səbəblərini açıqladı

by ulviyya
0 rəy 27 baxış 2 dəqiqə oxuma

“PAŞA Bank – regional bank olaraq bir çox ölkələrdə  – Türkiyə, Gürcüstanda törəmə şirkətləri fəaliyyət göstərməkdədir. Ancaq bununla belə Azərbaycanda da inkişafa təsir edən əsas drayverləri qoruyub saxlayır və yerli iqtisadiyyatın inkişafına baxaraq gələcək planlarını qurur. Burda biz bir neçə faktora toxunmalıyıq, onlardan biri də bizim institusional və investisiya işləri ilə əlaqəlidir”. 

BBN.az xəbər verir ki, bu sözləri ölkənin aparıcı banklarından biri olan PAŞA Bank-ın İdarə heyətinin sədri və CEO-su Cavid Quliyev BBN.az-ın PAŞA Bank xalis mənfəətinə, nizamnamə kapitalına, depozit portfelinə, biznes kreditlərinin həcminə və aktivlərinə görə rəqibləri sırasında TOP 3-də qərarlaşıb. Güclü maliyyə nəticələrinin nümayiş edilməsində hansı açar drayverlər dayanır? Daha dəqiq müxtəlif biznes seqmentləri üzrə – riteyl bankçılıq, korporativ, investisiya bankçılığı üzrə inkişafı necə şaxələndirərdiniz? Rüblük nəticələr bankın uzunmüddətli strateji hədəfləri ilə nə qədər səsləşir? 2024-cü ilin I rübündə texnoloji və rəqəmsal transformasiyanın maliyyə nəticələrində rolu nə olub? sualları ətrafında danışarkən qeyd edib. 

“Son 2 il ərzində qlobal geosiyasi dəyişikliklər fonunda inflyasiya və faiz dərəcələrinin artımından dolayı bankımız rəqibləri kimi yaranan yeni bazar şəraitindən faydalanıb. Son 2-3 il ərzində PAŞA Bank koprorativ və KOS Bankçılıq üzrə mükəmməl nəticələr nümayiş etdirib. İstər kredit, istərsə də qeyri-kredit sahəyə mənsub sahələrdə bu gəlir artım tempi ilə davam edib”. 

Cavid Quliyevin sözlərinə əsasən rəqibləri sırasında seçilmək üçün onlara 3 istiqamətin güclü olması lazım olub: “Bunlar şirkətin komandası, texnologiya, məhsulların rəqabətdən üstün olması, risklərin idarəedilməsi ilə bağlı olub”. 

CEO əlavə edib ki, şirkət ənənəvi IT infrastrukturu ilə yanaşı, kibertəhlükəsizlik və data sahələrinə mütəmadi olaraq investisiya etməkdədirlər: “PAŞA Bank-da əməlliyyatların 99.9%-i rəqəmsal kanallar vasitəsilə aparılır. Kredit məhsullarına tələbat yüksək olduğundan satışla əlaqəli bir problemimiz yoxdur”, – deyə o, əlavə edib. 

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.