Home » ABA-nın prezidenti Real TV-yə “Həyat sığortasına bank sektorunun yanaşması” mövzusunda müsahibə verib

ABA-nın prezidenti Real TV-yə “Həyat sığortasına bank sektorunun yanaşması” mövzusunda müsahibə verib

by anar
0 comment 8 views 1 minutes read

12 iyun 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Real TV-nin “Sığorta Reallığı” verilişinə “Həyat sığortasına bank sektorunun yanaşması” mövzusunda müsahibə verib.

Xatırladaq ki, istehlak kreditləri üzrə borcluların həyat risklərinin sığorta mexanizmləri ilə müdafiəsinin gücləndirilməsi məqsədilə ilk dəfə olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü ilə cari ilin əvvəlində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə fəaliyyəti təşkil olunub.

Bu fəaliyyətin yekunu olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2024-cü il tarixli qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlər təsdiq edilib.

05 iyun 2024-cü il tarixində isə Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) birgə mətbuat konfransı keçiriblər. Konfransda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyat sığortalarına gətirilən yeni tənzimləyici qaydalara aydınlıq gətirilib.

ABA prezidentinin mövzu ilə əlaqədar yeni müsahibəsinin tam versiyasına isə aşağıdakı videodan baxa bilərsiniz.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.