Home » KOB-lar üçün yaşıl iqlim maliyyələşdirilməsinə dair iki günlük seminar keçirilib

KOB-lar üçün yaşıl iqlim maliyyələşdirilməsinə dair iki günlük seminar keçirilib

by Aytac
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Tədbirə İslam Əməkdaşlıq Təşkilatına üzv və digər ölkələrdən 90-a yaxın iştirakçı qatılıb.

İyulun 9-10-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC) birgə əməkdaşlığı çərçivəsində “İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə KOB-ların yaşıl iqlim maliyyələşdirilməsi vasitəsilə gücləndirilməsi” mövzusunda seminar keçirilib.

İki günlük onlayn seminara yaşıl iqlim maliyyələşdirilməsi üzrə ekspertlər, İƏT-ə üzv ölkələrin müvafiq qurumlarının nümayəndələri, beynəlxalq təşkilatların mütəxəssisləri, müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan KOB subyektləri, ümumilikdə 90-a yaxın iştirakçı qatılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SESRIC-in Baş direktoru Zehra Zümrüt Selçuk çıxışlarında seminarın tərəflər arasında cari ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində keçirildiyini qeyd edib, KOB-ların yaşıl iqlim maliyyələşdirilməsindəki rolu və bu sahədə əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.

Tədbirdə İslam İnkişaf Bankının, BMT-nin Ətraf Mühit Proqramının (UNEP), Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD), Bəhreyin Bankçılıq və Maliyyə İnstitutunun, eləcə də Azərbaycan, İndoneziya, Türkiyə və s. ölkələrdən müvafiq təşkilatların nümayəndələri tərəfindən iqlim dəyişiklikləri fonunda ağıllı texnologiyaların tətbiqi, KOB-lar üçün davamlı maliyyə, bu sahədə İƏT-in platforması, iqlim maliyyələşdirilməsinin effektivliyi və gələcəyi, Azərbaycanda “yaşıl KOB”lar üçün imkanlar kimi mövzularda təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.