5 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Legion Financial” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 13 sentyabr 2024-cü il tarixindən başlayaraq 17 sentyabr 2024-cü il tarixinə kimi 3 iş günü ərzində “Legion Financial” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaqdır. Səhmlər üzrə yerləşdirmə 23 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “Legion Financial” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ1001025464 |
Səhmlərin növü və forması | Səhm adi, sənədsiz, adlı |
Ticarət üsulu/forması | Kütləvi/Abunə yazılışı |
Səhmlərin sayı | 10,000 (ədəd) |
İlkin ticarət qiyməti | 100 manat |
Buraxılış həcmi | 1,000,000 manat |
Anderrayter | “Assist Finance İ.Ş” ASC |
Ticarətə buraxılma tarixi | 23.09.2024 |