Home » Azərbaycan Ticarət Forumu keçirilib – Foto

Azərbaycan Ticarət Forumu keçirilib – Foto

by anar
0 comments 2 views 1 minutes read

Forumda ticarət və investisiya imkanları, Azərbaycanın qlobal bazarlara inteqrasiyasının sürətləndirilməsi yolları, KOB-ların ixracda payının artırılması və ticarət sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının birgə təşkilatçılığı, “PAŞA Holding”in dəstəyi ilə Azərbaycan Ticarət Forumu keçirilib.

“KOB-lar üçün imkanlar, mövcud vəziyyət və çağırışlar” mövzusuna həsr olunmuş forumda rəsmi şəxslərin, idxal-ixrac, istehsalat, logistika, gömrük təmsilçiliyi və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı ilə idxal-ixrac əməliyyatları ilə bağlı mövcud vəziyyət və imkanlar, KOB-ların ixracda payının artırılması və ticarət sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Forumda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Bəhruz Quliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün yaradılmış imkanlar, dövlət dəstəyi alətləri və güzəştlər, yerli məhsulların ixracı sahəsində mövcud vəziyyət və bu sahədə yeniliklər, KOB-ların idxal və ixracdakı mövqeyi və potensialı barədə fikirlərini bölüşüblər.

Həmçinin tədbirdə qeyd edilib ki, KOB-ların ticarət və logistika sahəsində inkişafına dəstək olmaq, bu sahədə dövlət-biznes dialoqunun davamlı xarakter daşıması üçün Azərbaycan Ticarət Forumu çərçivəsində müxtəlif tədbirlər keçiriləcək. Forumun ənənəvi olaraq növbəti illərdə də təşkil olunması nəzərdə tutulur.

Tədbir çərçivəsində yeni ticarət və investisiya imkanlarının, Azərbaycanın qlobal bazarlara inteqrasiyasının sürətləndirilməsi yollarının müzakirə olunduğu panel müzakirə də təşkil olunub, sahibkarların sualları cavablandırılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.