Populyar idman malları brendi olan “Adidas” 2024-cü ilin üçüncü rübündə gəlirini 7% artıraraq 6,44 milyard avroya çatdırıb.
BBN.az xəbər verir ki, bu barədə şirkətin ilkin hesabatında qeyd edilib.
Hesabatda bildirilib ki, son rübdə şirkətin əməliyyat mənfəəti 409 milyon avrodan 46% artaraq 598 milyon avroya çatıb. Ümumi marja da 2 faiz bəndi artaraq 51,3%-ə yüksəlib.
Şirkətin yeni proqnozuna əsasən, bu il onun gəliri təxminən 10% artacaq, əməliyyat mənfəəti isə 1,2 milyard avroya çatacaq.
Əvvəllər gəlirin 8-9% artacağı və əməliyyat mənfəətinin təxminən 1 milyard avro olacağı planlaşdırılırdı.
Müsbət nəticələrə baxmayaraq, “Adidas” səhmləri çərşənbə günü ticarətdə 3,2% ucuzlaşıb. Bununla belə, bu ilin əvvəlindən onlar hələ də 26% artım göstərirlər.