

28 yanvar 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzv təşkilatlarının rəhbərləri ilə Sahibkarlığın İnkişafı Fondunun (SİF) idarə heyətinin sədri Osman Xaliyev arasında görüş keçirilmişdir.
Görüş zamanı 2024-cü ilin nəticələri təhlil edilmiş, həmçinin 2025-ci il üzrə əməkdaşlıq perspektivləri müzakirə edilmiş və bu və ya digər istiqamətlərdə banklarda yaranan suallar cavablandırılmışdır.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.