
Oktyabrın 2-də, saat 11:00-da “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında baş tutacaq.
Gündəliyə BOKT-un nizamnamə kapitalının artırılması və digər məsələlər daxildir.
“Finex Kredit” 2013-cü ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 1,494 milyon manatdır. Səhmlərin 26,7 %-i Azad Cəbrayılova, 16,7 %-i Səməd Mirzəyevə, 16,5 %-i Ramina Allahverdiyevaya, 13,4 %-i Səadət Mirzəyevaya, 10,2 %-i Şəlalə Tağıyevaya, 7,5 %-i Tokay Şıxəlizadəyə, 3,6 %-i Rövşən Məmmədova, 2,3 %-i Mobil Şərifova, 2 %-i Xaqan Mirzəyevə, 1,1 %-i isə Gülnarə Tağıyevaya məxsusdur.







