Home » SOCAR-ın əsas səhmdar olduğu bank nizamnamə kapitalını bir qədər də artırır

SOCAR-ın əsas səhmdar olduğu bank nizamnamə kapitalını bir qədər də artırır

by Zeyneb
0 comments 0 views 1 minutes read

“Azər-Türk Bank” ASC nizamnamə kapitalını daha 21,5 milyon manat və ya 27,2 % artıraraq 79 milyon manatdan 100,5 milyon manata çatdırmağı planlaşdırır.

Kapital artımı bankın dövriyyədə olan 50 milyon səhminin nominal dəyərinin 1,58 manatdan 2,01 manata qaldırılması hesabına həyata keçiriləcək.

“Azər-Türk Bank” 1995-ci ildə yaradılıb. Hazırda bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,4 %-i Türkiyənin “Zıraat Bank”ına, 1,1 %-i “Zıraat Bank International”a, 6,5 %-i “AzRe Təkrarsığorta” ASC-yə, 5 %-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur.

SOCAR bu ilin iyul ayında “Azər-Türk Bank”ın səhmdarları sırasına qoşulub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.