Home » ADB-nin Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası müzakirə edilib

ADB-nin Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası müzakirə edilib

by Zeyneb
0 comments 2 views 1 minutes read

Maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasında Azərbaycanı təmsil edən İcraçı direktor Reyçl Tompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan ilə ADB arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub. Qeyd olunub ki, bu əməkdaşlıq kreditlər, qrantlar və texniki yardım vasitəsilə ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verib.

Tədbirdə 2025–2029-cu illər üzrə Azərbaycanla bağlı Ölkə Tərəfdaşlıq Strategiyası müzakirə olunub. Bildirilib ki, strategiya iqtisadiyyatın şaxələndirilməsi, dayanıqlılığın gücləndirilməsi və inklüziv artımı hədəfləyir.

Sahil Babayev çıxışında ölkə iqtisadiyyatının sabit və dayanıqlı inkişaf nümayiş etdirdiyini bildirib. Nazir kənd təsərrüfatı, İKT, sənaye istehsalı, logistika və yaşıl enerji sahələrində iqtisadi şaxələndirmənin uğurla həyata keçirildiyini vurğulayıb. Bununla yanaşı, “Bakı şəhəri və Abşeron yarımadasında 2025–2034-cü illər üçün su təchizatı və tullantı sularının idarə olunması üzrə Dövlət Proqramı”, Bakı Metropoliteninin genişləndirilməsi və dəmiryolu infrastrukturunun modernləşdirilməsi istiqamətində ADB-nin dəstəyi xüsusi qeyd olunub.

Reyçl Tompson isə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və gələcəkdə tərəfdaşlığın daha da güclənəcəyinə əminliyini ifadə edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.