Home » OpenAI, LinkedIn-ə rəqib olacaq süni intellekt əsaslı işə qəbul platforması qurur

OpenAI, LinkedIn-ə rəqib olacaq süni intellekt əsaslı işə qəbul platforması qurur

by yunus
0 comments 1 views 1 minutes read

OpenAI, işəgötürənlərlə işçiləri birləşdirəcək yeni süni intellekt əsaslı işə qəbul platformasını 2026-cı ilin ortalarında istifadəyə verməyi planlaşdırır.

BBN.az xəbər verir ki, OpenAI CEO-su Fidji Simo açıqlamasında  “Şirkətlərin ehtiyacları ilə işçilərin bacarıqları arasında mükəmməl uyğunluğu tapmaq üzərində işləyirik. Kiçik bizneslərin və yerli idarəetmələrin ən yaxşı süni intellekt mütəxəssislərinə çıxışını təmin edəcək xüsusi bir platforma hazırlayırıq.”-deyə bildirib.

Yeni layihə OpenAI-ni birbaşa LinkedIn ilə rəqabətə sala bilər. Qeyd edək ki, LinkedIn OpenAI-nin ilk investorlarından biri olan Reid Hoffman tərəfindən təsis edilib və hazırda şirkətin ən böyük maliyyə tərəfdaşı Microsoft-a məxsusdur.

Xatırladaq ki, ötən il LinkedIn də iş axtaranlarla şirkətləri daha effektiv şəkildə uyğunlaşdırmaq üçün platformasına süni intellekt alətlərini inteqrasiya etməyə başlamışdı.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.