
Avropa Statistika Ofisi (Avrostat) Avrozonanın avqust ayına dair inflyasiya göstəricilərini açıqlayıb.
BBN.az xəbər verir ki, rəsmi məlumatlara görə, illik inflyasiya iyulda olduğu kimi avqustda da 2 faiz təşkil edib. Bu, Avropa Mərkəzi Bankının müəyyən etdiyi hədəf səviyyəyə tam uyğun gəlir.
İstehlak qiymətləri aylıq müqayisədə isə gözləntiləri aşaraq 0,1 faiz artıb. Halbuki Bloomberg-in sorğusunda iqtisadçılar aylıq 0,2 faiz, illik isə 2,1 faiz artım proqnozlaşdırmışdılar.
Baza inflyasiya avqustda da dəyişməyərək illik əsasda 2,3 faiz səviyyəsində qalıb.
Avrozonada qiymət artımına səbəb olan əsas komponentlər arasında emal olunmamış qida məhsulları liderlik edib – bu kateqoriyada illik artım 5,5 faiz olub. Ərzaq, alkoqol və tütün məhsulları ilə xidmət sektoru isə müvafiq olaraq 3,2 faiz artımla ikinci yerdə qərarlaşıb.







