Home » Bakıda “INMerge” İnvestisiya Forumu keçirilib

Bakıda “INMerge” İnvestisiya Forumu keçirilib

by Zeyneb
0 comments 0 views 1 minutes read

28 sentyabr 2025-ci il, Bakı – “PAŞA Holdinq” MMC və Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) birgə təşkilatçılığı ilə Bakıda “INMerge” İnvestisiya Forumu keçirilib.

Forum özəl kapital liderlərini bir araya gətirərək Mərkəzi Avrasiya ilə Yaxın Şərqdə sərhədlərarası investisiya dialoqu üçün yeni platforma yaradıb. Tədbirdə 18 ölkədən 90-dan çox təşkilatı təmsil edən 160-dan artıq iştirakçı ümumilikdə 4 trilyon ABŞ dolları dəyərində idarə olunan aktivlərlə (AUM) təmsil olunub.

İştirakçılar arasında aparıcı məhdud tərəfdaşlar, ümumi tərəfdaşlar, eləcə də CCA, CEE, GCC və SEA regionlarından siyasətçilər yer alıb. Yüksək təsirli və diqqətlə seçilmiş proqram çərçivəsində keçirilən forumun məqsədi regionun qlobal özəl kapital bazarındakı rolunu gücləndirmək və Azərbaycanın etibarlı qapı kimi mövqeyini möhkəmləndirmək olub.

Forumun gündəliyində “Qlobal investisiya meyillərində Mərkəzi Avrasiyanın rolu”, “Məhdud tərəfdaşların mandatının transformasiyası – ənənəvi aktivlərdən alternativlərə keçid” və “Yüksək nəticə göstərən fondun qurulmasından öyrənilən dərslər” mövzuları müzakirə edilib.

Tədbirin tərəfdaşları sırasında Azərbaycan İnvestisiya Holdinqi (AİH), İslam İnkişaf Bankı (IDB), “PASHA Investments” və “Tenity” yer alıb. Forum, həmçinin Bakının aparıcı investisiya tədbirləri məkanı kimi mövqelənməsi üçün yeni imkanlar açıb. Gələcəkdə forumun daha geniş miqyasda təşkili nəzərdə tutulur.

Mənbə: Report.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.