Home » ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib

by Zeyneb
0 comments 2 views 1 minutes read

26 sentyabr 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun iclası baş tutub.

İclasda “Daxili audit haqqında” Qanuna dəyişikliklərin edilməsi imkanları və “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”ndan irəli gələn tələblər müzakirə olunub. Tədbirdə iştirakçılar mövzular ilə bağlı fikir mübadiləsi apararaq sualları cavablandırıblar.

Toplantıda, həmçinin daxili audit üzrə səriştəlilik çərçivəsinin (competency framework) hazırlanması və təlim ehtiyaclarının müəyyən edilməsi istiqamətində görüləcək işlər diqqət mərkəzində olub.

Görüşün yekununda ABA-nın prezidenti Zakir Nuriyev çıxış edərək bank sektorunda müşahidə olunan yeni trendlərə və mühüm çağırışlara toxunub. O, bu istiqamətdə birgə addımların atılmasının vacibliyini vurğulayıb. Prezident həmçinin daxili audit sahəsində işin təkmilləşdirilməsi məqsədilə ABA çərçivəsində beynəlxalq forumların, peşəkar təlimlərin və təcrübə mübadilələrinin təşkili ilə bağlı həyata keçiriləcək layihələr barədə məlumat verib.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.