Home » Sığorta sektorunun əməkdaşları üçün “Nitq mədəniyyəti” təliminə start verildi

Sığorta sektorunun əməkdaşları üçün “Nitq mədəniyyəti” təliminə start verildi

by Zeyneb
0 comments 31 views 1 minutes read

Azərbaycan Sığortaçılar Assosiasiyasının Tədris Mərkəzində keçirilən təlim sığorta sektorunda kommunikasiya və media bacarıqlarının inkişafına yönəlib

6 noyabr 2025-ci il tarixində Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Tədris Mərkəzində sığorta sektorunun rəhbər şəxsləri və əməkdaşları üçün “Nitq mədəniyyəti” mövzusunda təlimə start verilib.

Təlimi Mərkəzi Bankın Mətbuat katibi Namiq Əliyev aparıb. Təlim zamanı iştirakçılara nitqin düzgün qurulması, səs, söz və pauzanın nitq mədəniyyətində rolu, media ilə effektiv ünsiyyət, kamera qarşısında çıxış, müsahibə və təqdimat bacarıqları kimi mövzular barədə geniş məlumat verilib.

Təlimin məqsədi sığorta sektorunda ictimai çıxış və media münasibətlərində peşəkarlığın artırılması, kommunikasiya keyfiyyətinin yüksəldilməsi və informasiya mədəniyyətinin inkişafıdır.

Proqram çərçivəsində iştirakçılar üçün simulyasiya və praktiki tapşırıqlar da təşkil olunub. Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif ediləcəklər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.