Home » Rabitəbank Zəfər Günü ərəfəsində şəhid ailələrini ziyarət edib

Rabitəbank Zəfər Günü ərəfəsində şəhid ailələrini ziyarət edib

by Zeyneb
0 comments 1 views 1 minutes read

“Rabitəbank” ASC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə dəstəyini davam etdirir.

Zəfər Günü ərəfəsində Rabitəbankın təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və yerli icra hakimiyyətlərinin dəstəyi ilə Masallı, Lənkəran və Lerik rayonlarında yaşayan 100-dən artıq şəhid ailəsi ziyarət olunub.

Ziyarətlər zamanı bankın rəhbər heyəti və əməkdaşları şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edib, ailələrinə ərzaq sovqatı təqdim ediblər. Bu təşəbbüs, təkcə maddi yardım deyil, həm də şəhid ailələrinə mənəvi dəstək göstərmək, onların daim cəmiyyətin diqqət mərkəzində olduqlarını hiss etdirmək məqsədi daşıyıb.

Rabitəbank uzun illərdir şəhid ailələri, qazilər və onların yaxınlarına dəstək məqsədilə müxtəlif sosial layihələr həyata keçirir. Bank, Vətən müharibəsi dövründən bu günə qədər bu istiqamətdə çoxsaylı təşəbbüslər reallaşdıraraq sosial məsuliyyət prinsiplərini fəaliyyətinin ayrılmaz hissəsinə çevirib.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 18 region və Bakı şəhəri üzrə ümumilikdə 29 xidmət məntəqəsi, 75 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.