Home » Taleh Kazımov: B planına keçid üçün hər hansı səbəb yoxdur

Taleh Kazımov: B planına keçid üçün hər hansı səbəb yoxdur

by Zeyneb
0 comments 0 views 1 minutes read

Mövcud makroiqtisadi şərait Azərbaycan Mərkəzi Bankının (AMB) alternativ, yəni B planına keçməsi üçün hər hansı əsas yaratmır.

Bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Mərkəzi Bankın monetar siyasət çərçivəsində müxtəlif alternativ fəaliyyət planları mövcuddur və situasiyadan asılı olaraq uyğun qərarlar qəbul edilə bilər.

“B planının ehtimalının nə qədər yüksək olduğu və ya ümumiyyətlə belə bir ehtimalın olub-olmadığı ilə bağlı müzakirə aparmırıq. Çünki B planına keçid üçün hər hansı səbəb yoxdur”, – deyə Taleh Kazımov bildirib.

AMB sədri qeyd edib ki, Mərkəzi Bankın qiymətləndirmələri orta və uzunmüddətli perspektivdə mövcud makroiqtisadi şəraitin hazırkı siyasətin davam etdirilməsinə imkan verdiyini göstərir.

“Yəni A planından möhkəm tutub işimizi davam etdiririk”, – deyə o əlavə edib.

Taleh Kazımovun sözlərinə görə, Mərkəzi Bankın əsas üstünlüklərindən biri müxtəlif situasiyalara uyğun planı vaxtında müəyyənləşdirə bilməsidir.

“Biz həmin planı seçmişik və düşünürük ki, bugünkü siyasətimiz orta və uzunmüddətli perspektivdə bütün potensial çağırışlara adekvat cavab verir”, – AMB sədri vurğulayıb.

Mənbə: Report.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.