
Dünyanın aparıcı xammal treyderlərindən olan Gunvor ABŞ-da neft və qaz hasilatı sahəsinə sərmayə qoymaq üçün fəal danışıqlar aparır.
BBN.az xəbər verir ki, məsələyə yaxın iki mənbənin Reuters-ə bildirdiyinə görə, bu addım şirkətin ABŞ administrasiyası ilə münasibətlərini yumşalda bilər.
Gunvor-un bu marağı, şirkətin sanksiya altında olan Rusiya nəhəngi Lukoilin xarici aktivlərini almaq cəhdindən sonra Vaşinqtonla münasibətlərdə yaranmış gərginliyi azaltmaq niyyəti ilə əlaqələndirilir. ABŞ Xəzinədarlığı həmin müqaviləyə kəskin etiraz etmişdi.
Mənbələr bildirir ki, ABŞ enerji sektorunda daha geniş iştirak Gunvor-un Tramp administrasiyası ilə əlaqələrini sabitləşdirməyə kömək edə bilər.







