Home » “Energy Talks” layihəsi çərçivəsində SDU-da seminar keçirilib

“Energy Talks” layihəsi çərçivəsində SDU-da seminar keçirilib

by yunus
0 comments 1 views 1 minutes read

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) “Energy Talks” (Enerji söhbətləri) layihəsi çərçivəsində növbəti seminarı Sumqayıt Dövlət Universiteti (SDU) ilə birgə təşkil edilib.

Tədbirdə EMTA-nın nümayəndələri, SDU-nun rəhbərliyi, professor-müəllim heyəti, magistrantlar və tələbələr iştirak ediblər.

Seminarda salamlama nitqi ilə çıxış edən SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Elmar Xəlilov “Energy Talks” layihəsi çərçivəsində tədbirin bu ali təhsil ocağında artıq ikinci dəfə  keçirildiyini bildirib. O, bu tədbirlərin energetika sahəsində baş verən ən son yeniliklər barədə məlumatlılığın artırılması, energetika sahəsində təhsil alan tələbələrin bu sahədə biliklərinin möhkəmləndirilməsi, eləcə də maraq doğuran mövzular ətrafında müzakirələrin aparılması baxımından əhəmiyyətini vurğulayıb.

EMTA-nın Mətbuat sektorunun müdiri-mətbuat katibi Zeynab Kazımova “Energy Talks” layihəsi barədə qısa məlumat verərək, layihə çərçivəsində ötən dövr ərzində onlayn və üzbəüz formatda olmaqla, həm Bakıda, həm də Azərbaycanın regionlarında energetika sahəsi üzrə ixtisaslarda kadr hazırlığı aparan universitetlərlə seminarların uğurla keçirildiyini bildirib.

Seminar Agentliyin Enerji sahəsində liberallaşdırma şöbəsinin müdiri Elmar Güləliyevin “Elektroenergetika sektorunun liberallaşdırılması üzrə beynəlxalq təcrübə”, Enerji effektivliyi departamentinin direktor müavini, Layihələrlə iş sektorunun müdiri Şahin Məhərrəmlinin “Enerji effektivliyi fondunun fəaliyyəti” və Dövlət proqramları və strateji inkişaf şöbəsinin aparıcı mütəxəssisi Vüsalə Lətifovanın “Elektroenergetika sektoruna ümumi baxış” mövzularında təqdimatları ilə davam edib.

Seminar zamanı, həmçinin SDU-nun professor-müəllim heyəti və tələbələrini maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.