
31 dekabr – 4 yanvar tarixlərini əhatə edən qeyri-iş günlərində ölkə üzrə bankların filial və şöbələri, həmçinin “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadiləsi məntəqələri fəaliyyət göstərəcək.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, bayram günlərində ölkədə səfərdə olan turistlərin və vətəndaşların valyuta mübadiləsi xidmətlərinə fasiləsiz çıxışının təmin edilməsi məqsədilə ümumilikdə 15 bankın 166 satış nöqtəsi (o cümlədən 4 bank üzrə 9 satış nöqtəsi 24 saatlıq rejimdə), “Azərpoçt” MMC-nin 68 şöbəsi, eləcə də valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi məntəqəsi və onların əlavə obyektləri (o cümlədən 2-si 24 saatlıq rejimdə) müştərilərə xidmət göstərəcək.
Bayram günlərində fəaliyyət göstərəcək bank filial və şöbələrinin, “Azərpoçt”un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:
-
https://uploads.cbar.az/press-releases/c38b583504c0ed2c475ecf3b5.pdf
-
https://uploads.cbar.az/press-releases/dd35e86cb312da351ce3f4f7f.pdf
-
https://uploads.cbar.az/press-releases/7aa6a07c574b22cd775eca7b5.pdf







