
Londonun ICE birjasında 2026-cı ilin mart ayı üçün “Brent” markalı neftin fyuçerslərinin qiyməti yeni ticarət həftəsinin əvvəlində ucuzlaşıb.
Ticarət məlumatlarına əsasən, “Brent” markalı neftin qiyməti 1,32 % azalaraq bir barel üçün 60 dollar olub. Bu göstərici 19 dekabr 2025-ci ildən bəri ilk dəfə qeydə alınıb. Qiymətlərə ABŞ-nin Venesuelaya mümkün hərbi müdaxiləsi fonunda yaranan qeyri-müəyyənlik təsir göstərib.
Bakı vaxtı ilə saat 03:00-a olan məlumata görə, “Brent” markalı neftin bir barelinin qiyməti 60 dollar təşkil edib.
Bakı vaxtı ilə saat 03:05-də isə qiymətlərdə eniş tempi zəifləyib və “Brent” markalı neft 60,54 dollar səviyyəsində (-0,35 %) ticarət olunub. Eyni zamanda, WTI markalı neftin 2026-cı ilin fevral ayı üçün fyuçersləri 0,45 % ucuzlaşaraq 57,06 dollar olub.





