Home » Dünya bazarında neft ucuzlaşdı

Dünya bazarında neft ucuzlaşdı

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalarının detalları açıqlanmazdan əvvəl dünya bazarında neft qiymətləri aşağı düşüb.

BBN.az xəbər verir ki, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 1,39% azalaraq 93,08 ABŞ dolları, ABŞ-ın WTI markalı nefti isə 1,63% ucuzlaşaraq 85,64 ABŞ dolları təşkil edib.

Bununla belə, hər iki neft markası son bir həftə ərzində 5%-dən çox bahalaşıb.

Bazar iştirakçıları hazırda ABŞ-ın İrana qarşı hazırladığı yeni iqtisadi tədbirlərin enerji bazarına mümkün təsirlərini qiymətləndirirlər.

İran isə iqtisadi təzyiqlərin davam edəcəyi təqdirdə Fars körfəzi və Hörmüz boğazı vasitəsilə neft ixracının dayandırıla biləcəyi barədə xəbərdarlıq edib.

Analitiklərin fikrincə, belə bir ssenarinin reallaşması Yaxın Şərqdən neft tədarükünü məhdudlaşdıra və qlobal enerji bazarında qiymətlərə əlavə yüksəliş təzyiqi yarada bilər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.