0

2025-ci ildə Azərbaycanda fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 164,7 min nəfərdən çox artaraq 3,19 % yüksəlib.
BBN.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Məlumata görə, 2026-cı il yanvarın 1-nə olan vəziyyətə əsasən, fərdi uçot sistemində qeydiyyata alınmış sığortaolunanların ümumi sayı 5,3 milyon nəfəri ötüb.







