Home » Çin iqtisadiyyatı 2025-ci ildə 5 faiz artıb

Çin iqtisadiyyatı 2025-ci ildə 5 faiz artıb

by yunus
0 comments 0 views 1 minutes read

Çin iqtisadiyyatı 2025-ci ildə illik 5 faiz artım göstərərək hökumətin müəyyən etdiyi “təxminən 5 faiz”lik böyümə hədəfinə nail olub.

BBN.az xəbər verir ki, bununla da dünyanın ikinci ən böyük iqtisadiyyatının Ümumi Daxili Məhsulu (ÜDM) ilk dəfə olaraq 140 trilyon yuanı (təxminən 20 trilyon ABŞ dolları) ötüb.

Milli Statistika Bürosunun (MSB) məlumatına görə, 2025-ci ilin yanvar–dekabr aylarında ölkə iqtisadiyyatı əvvəlki illə müqayisədə 5 faiz böyüyüb. İl ərzində artım tempində müəyyən zəifləmə müşahidə edilsə də, ümumi göstərici rəsmi hədəflə üst-üstə düşüb.

Son illərin statistikası göstərir ki, Çin iqtisadiyyatı 2020-ci ildə 2,2 faiz, 2021-ci ildə 8,4 faiz, 2022-ci ildə 3 faiz, 2023-cü ildə 5,2 faiz, 2024-cü ildə isə 5 faiz artım nümayiş etdirib. 2025-ci ildə əldə olunan nəticə ardıcıl sabitləşmə tendensiyasının davam etdiyini göstərir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.