
2025-ci ildə Azərbaycan bank sektorunun ümumi kredit portfeli 30 milyard 63 milyon manata çatıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 585,3 milyon manat və ya 9,4% artım deməkdir. Belə ki, 2024-cü ilin sonunda bankların cəmi kredit portfeli 27 milyard 477,7 milyon manat təşkil edib.
Məlumata görə, aylıq müqayisədə də artım qeydə alınıb. Noyabr ayı ilə müqayisədə kredit portfeli 377,5 milyon manat və ya 1,3% böyüyüb.
Xatırladaq ki, bankların cəmi kredit portfeli 2025-ci il dekabrın 1-nə 29 milyard 685,5 milyon manat, 2024-cü ilin sonunda isə 27 milyard 477,7 milyon manat olub.
Bununla yanaşı, ölkədə problemli kreditlərin məbləği də illik müqayisədə təxminən 17% artıb.





