Home » Rusiyada illik inflyasiya 6%-ə çatıb

Rusiyada illik inflyasiya 6%-ə çatıb

by yunus
0 comments 0 views 1 minutes read

Rusiyada illik inflyasiya 6%-ə çatıb.

BBN.az xəbər verir ki, 2026-cı ilin yanvar ayında Rusiyada illik inflyasiya 2025-ci ilin dekabr ayının sonundakı 5,59%-dən 6%-ə yüksəlib.

Analitiklər inflyasiyanın 6,35% səviyyəsində olacağını proqnozlaşdırırdılar.

İnzibati və mövsümi xarakterli amillərin təsiri altında fərdi malların qiymətlərindəki dəyişikliklər istisna olunmaqla hesablanan əsas istehlak qiymətləri indeksi 2026-cı ilin yanvar ayında 100,95% təşkil edib. Bu göstərici 2025-ci ilin dekabr ayında 100,37% idi.

Qeyri-ərzaq məhsullarının qiymətləri yanvar ayında 0,61% artıb, illik müqayisədə artım 3,18% təşkil edib. Xidmət sektorunda isə qiymətlər yanvar ayında orta hesabla 2,33% yüksəlib, illik ifadədə artım 9,58% olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.