
2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana 9 milyard 880,71 milyon ABŞ dolları dəyərində məhsul idxal edilib.
BBN.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal əməliyyatlarında özəl sektorun payı 82,98 % və ya 8 milyard 199 milyon dollar təşkil edib.
Dövlət sektorunun idxaldakı payı 8,34 % və ya 823,8 milyon dollar, fiziki şəxslərin payı isə 8,68 % və ya 858,2 milyon dollar olub.
Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında Azərbaycanın ixracı dövlət sektoru üzrə 10,5 milyard dollar, özəl sektor üzrə 8,8 milyard dollar, fiziki şəxslər üzrə isə 57,6 milyon dollar təşkil edib.





