Home » “Bank sektoruna etimad yüksəlir” – ABA eksperti Özal Talıblının müsahibəsi

“Bank sektoruna etimad yüksəlir” – ABA eksperti Özal Talıblının müsahibəsi

by Aytac
0 comments 18 views 5 minutes read

Azərbaycanda unikal bank əmanətçilərinin sayı 200 minə yaxınlaşıb 2025-ci ilin yekununda Azərbaycanda unikal bank əmanətçilərinin sayı təxminən 194 min nəfər olub. Bu göstərici 2024-cü ilin sonu ilə müqayisədə 81,3 faiz artım deməkdir.

  1. Unikal əmanətçilərinin sayında 80 faizdən çox artım bank sektoruna etimadın real göstəricisi sayıla bilərmi?

2023-cü ilin sonunda ölkə üzrə unikal əmanətçilırin sayı 106,7 min nəfər təşkil etdiyi halda 2025- ci ilin sonuna 194 mini üstələyib və bu göstərici bank sektorunda yalnız texniki dinamika deyil, ölkə iqtisadiyyatında son illərdə formalaşmış makroiqtisadi sabitliyin sosial davranışa çevrilməsinin nəticəsidir. Bu göstəricini bank sektoruna etimadın real ölçüsü kimi qiymətləndirmək mümkündür, lakin bu etimadın mənbəyi düzgün oxunmalıdır.

Əvvəla, etimadın əsas fundamenti makroiqtisadi sabitlikdir. 2023-2025-ci illər ərzində Azərbaycan iqtisadiyyatı yüksək dəyişkənlik mərhələsindən çıxaraq nisbətən balanslı artım trayektoriyasına daxil olub. Qeyri-neft ÜDM artımı bu dövrdə orta hesabla 3-6 faiz intervalında olsa da, daha vacib məqam artımın keyfiyyətidir: iqtisadi proseslər kəskin şoklardan uzaq, proqnozlaşdırılan mühitdə baş verib. Bu isə vətəndaşların gələcək gözləntilərini stabilləşdirib və inflyasiya dinamikası bu baxımdan həlledici rol oynayıb. 2023-cə ilin əvvəllərində orta 12 aylıq inflyasiya 12-13 faiz ətrafında idisə, 2024-cə ildən etibarən 2-6 faiz intervalına qədər enib. Bu, əhalinin real gəlirlərini qoruyub və “pulun bankda dəyər itirməsi” qorxusunu ciddi şəkildə azaldıb. inflyasiya nəzarət altına alınmadan bank sektoruna uzunmüddətli etimaddan danışmaq mümkün deyil. Eyni zamanda, manatın məzənnəsinin uzun illərdir 1 ABŞ dolları = 1,7 manat səviyyəsində dəyişməz qalması çox mühüm psixoloji və iqtisadi effekt yaradıb. Azərbaycanda əmanət davranışı tarixən valyuta riskinə həssas olub. Məzənnə sabitliyi isə əmanətçilərə valyuta riski olmadan manatla uzunmüddətli qərarlar vermək imkanı yaradıb. Bu, unikal əmanətçilərin artımında əsas struktur amillərdən biridir.

İkinci böyük faktor monetar siyasətin keyfiyyətidir. Azərbaycan Mərkəzi Bankə 2023-2024-cə illərdə uçot dərəcəsini inflyasiyanı idarə edəcək səviyyədə saxlayaraq real müsbət faiz mühiti formalaşdırıb. Nəticədə manatla depozitlər üzrə faizlər orta hesabla 9-11 faiz, bəzi dövrlərdə isə daha yüksək olub. Bu, əmanətçilərə faktiki olaraq belə bir mesaj verib: bankda saxlanılan pul həm qorunur, həm də real gəlir gətirir. Eyni zamanda bank sektorunda etimadın artmasının əsas səbəblərindən biri Mərkəzi Bankının prudensial nəzarəti kəmiyyətcə yox, keyfiyyətcə sərtləşdirməsidir. Bu, sadəcə normativlərin artırılması deyil, risklərin daha erkən mərhələdə aşkarlanması və idarə olunması mexanizminin gücləndirilməsi deməkdir. Mərkəzi Bankən tətbiq etməyə başladığı likvidliyin ötürülməsi əmsalı ucuz vəsaitlər ilə maliyyələşən iri bankları müştəri cəlbinə başlamağa və bununla fiziki şəxslərə təklif etdiyi faizləri yüksəltməyə səbəb oldu. Gələcəkdə Mərkəzi Bankən bu istiqamətdə fəaliyyətini davam etməsi və yeni alətlər ilə əlavə stimullaşdırıcı atdımlar atması gəzlənilir. Bu mərhələdə vacib məqam odur ki, unikal əmanətçilərin artımı yalnız mövcud əmanətçilərin aktivləşməsi ilə izah olunmur. 2023-cə ilin sonunda təxminən 107 min nəfər olan unikal əmanətçi sayə iki il ərzində təxminən 87 min yeni şəxsin sistemə daxil olması hesabına artıb. Bu isə artıq bank sektoruna etimadın “dərinləşməsi” yox, “genişlənməsi” deməkdir – yəni bank sistemi daha geniş sosial təbəqələri əhatə etməyə başlayıb.

Üçüncü mühüm aspekt fiskal siyasətin yaratdığı etibar mühitidir. Son üç ildə dövlət borcunun ÜDM-ə nisbəti 20-22 faiz səviyyəsində saxlanılıb. Sosial ödənişlər, əmək haqları və pensiyalar vaxtında icra olunub. Bu, əhalidə gəlirlərin davamlığına dair inam formalaşdırıb və banklarda uzunmüddətli əmanət qərarlarını stimullaşdırıb.

Bütün bu amilləri bir yerdə qiymətləndirdikdə, unikal əmanətçilərin sayında 80 faizdən çox artım bank sektoruna etimadın real göstəricisi sayıla bilər. Lakin bu etimad bankların öz fəaliyyətləri ilə yanaşı, son üç ildə formalaşmış makroiqtisadi sabitliyin, ardıcıl fiskal intizamın və proqnozlaşdırılan monetar siyasətin nəticəsidir.

  1. Müddətli depozitlərin sürətli artımı əhalinin maliyyə davranışlarında hansı dəyişikliklərdən xəbər verir?

Müddətli depozitlərin artımı əhalinin davranışında ciddi dəyişikliklərin baş verdiyini göstərir. əvvəla, insanlar pulunu sadəcə “saxlamaq” yox, idarə etmək və gəlir əldə etmək məqsədilə banklarda yerləşdirir. Son illərdə bank depozit faizləri inflyasiyanı üstələyib – məsələn, faizlər 9-11 faiz civarında, inflyasiya isə 2-6 faiz səviyyəsində olub. Bu, vətəndaş üçün real gəlir gətirən alət yaradır və onu depozitə yönəldir. insanlar impulsiv xərclərdən uzaqlaşır və planlı yığım prinsipi ilə davranır. Müddətli depozit açmaq o deməkdir ki, vəsait 6-12 ay ərzində istifadə olunmayacaq, yəni gələcək üçün maliyyə planlaması baş verir. Müddətli əmanətlər banklara uzunmüddətli maliyyələşmə imkanı verir, kredit vermək və investisiyalara yönəlmək üçün baza yaradır. Eyni zamanda əhalinin bankla uzunmüddətli əlaqəsi formalaşır, bu da gələcəkdə kredit məhsullarına çıxışı asanlaşdırır. İnsanlar artıq riskli və qeyri-sabit alətlərdən (məsələn, spekulyativ valyuta əməliyyatları) uzaqlaşır. Əmanət həm sabit gəlir gətirir, həm də sığortalıdır, bu da əmanətçiyə əlavə etimad verir.

  1. Əmanətlərin sığortalanması faizinin yeni metodologiya ilə hesablanması vətəndaşlar üçün hansı üstünlüklər yaradır?

Cari ilin əvvəlində “əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci maddəsi ilə nəzərdə tutulan prosesin səmərəliliyinin artırılması məqsədilə, Azərbaycan Respublikasının Mərkəzi Bankə ilə razılaşdırılmaqla əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsinə dair Metodologiya təsdiq edilmişdir. Yeni metodologiyanın əsas üstünlüklərindən biri odur ki, formalaşan həddin daha şəffaf və ölçülə bilən meyarlar əsasında müəyyən olunması əmanətçilər üçün gələcəkdə hədd dəyişimlərinin səbəblərini daha aydın edəcəkdir. Ümumilikdə hər bir əmanətçi  vəsaitini banka yerləşdirərkən baş verə biləcək risklərin fonunda vəsaitinin ona geri qayıtma ehtimalını ölçə bilməlidir. Çox nadir ölkələrdən biriyik ki,  fiziki şəxslərin əmanətləri müəyyən çərçivədə sığortalanır  və bununla əmanətçilər bank riskindən daha effektiv qorunur. Eyni zamanda yuxarı hədd ilə bağlı qərarın ildə iki dəfə verilməsi məsələnin daim nəzarətdə saxlanılacağı mesajını ötürür.

Əmanətlər necə sığortalanır?

Əmanətlərin sığortalanması sistemi olduqca sadə işləyir. Siz əz pulunu banka gətirir, hesab açaraq əmanət yerləşdirirsiniz. Bu kifayət edir, sığorta ilə bağlı heç bir əlavə sənəd hazırlamalı və imzalamalı deyilsiniz. Bu artıq bankın öz işidir. Bank rüblük olaraq əmanətlərin Sığortalanması Fonduna əmanətlərin sığortalanması üçün təqvim haqqı ödəyir.

Əsas məsələlərdən biri düşünərəm ki, növbəti mərhələdə metodologiyanın ödəniləcək təqvim haqqının bankların maliyyə dayanıqlığını və risk səviyyəsini nəzərə alaraq risk əsaslı hesablanması olardı. Sadə desək: daha riskli bank daha yüksək haqq ödəyir, daha sağlam bank isə daha az yük daşıyır. Bu isə vətəndaşa konkret mesaj verir:

  • pulun təhlükəsizliyi bankın maliyyə vəziyyətindən asılı olaraq qorunur,
  • sistem şəffafdır və hər bir bankın risk profilinə uyğun işləyir.

Bununla yeni metodologiya mövcud sistemi dayanıqlı etmiş olur. Əmanətlərin Sığortalanması Fondu bank şoklarına və böhrana daha hazırlıqlıdır, çünki riskə əsaslanan fərqləndirilmiş yanaşma həm fondun, həm də əmanətçilərin təhlükəsizliyini təmin edir. Eyni zamanda vətəndaşların bank sektoruna etimadını artırır. İnsanlar gərər ki, sistem işləyir, risklər ölçülüb və idarə olunur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.