Home » İcbari tibbi sığortada müştərək maliyyələşmə məbləğinin tətbiqi 1 il uzadılır

İcbari tibbi sığortada müştərək maliyyələşmə məbləğinin tətbiqi 1 il uzadılır

by Zeyneb
0 comments 1 views 1 minutes read

İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsi müddətinin 1 il uzadılması təklif olunur.

Bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi hazırlanıb və sənəd parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında müzakirə edilib.

Qeyd olunub ki, qüvvədə olan qanuna əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə edildikdə sığortaolunan şəxs müştərək maliyyələşmə məbləğini ödəməlidir.

Təklif edilən dəyişikliyə əsasən, sözügedən maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.