
Mərkəzi Bankın uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir.
Məlumata görə, 2025-ci ilin iyul və dekabr aylarında faiz dəhlizinin parametrləri 0,5 faiz bəndi azaldılıb və AZIR indeksi bu dəyişikliyə çevik reaksiya verib. AZIR indeksinin ortaçəkili səviyyəsi 2024-cü ilin dekabr ayı ilə müqayisədə 2025-ci ilin dekabr ayında 0,95 faiz bəndi azalıb.
Azalma dövlət qiymətli kağızları bazarında da özünü göstərib. Gəlirlilik əyrisinin bütün seqmentlərində 2024-cü ilin dekabr ayının sonu ilə müqayisədə 2025-ci ilin dekabr ayının sonunda azalma müşahidə olunub: 3 aylıq istiqrazlarda gəlirlilik 1,61 faiz bəndi, 1 illik istiqrazlarda 1,8 faiz bəndi, 4 illik istiqrazlarda isə 2,84 faiz bəndi azalıb.





