
Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev fevralın 20-də Qazaxıstanın Türküstan şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatı-nın (TDT) iqtisadiyyat və ticarət nazirlərinin 14-cü görüşündə, həmçinin qurumun iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun 15-ci iclasında iştirak edəcək.
Bildirilib ki, tədbirdə ötən ilin oktyabrında Qəbələdə keçirilmiş TDT-nin XII Zirvə Toplantısından irəli gələn məsələlər, təşkilat çərçivəsində iqtisadi əməkdaşlığın inkişafı, qarşılıqlı investisiya fəaliyyətinin genişləndirilməsi və iqtisadi inteqrasiyanın gücləndirilməsi istiqamətləri müzakirə olunacaq.
Xatırladaq ki, TDT-nin iqtisadiyyat və ticarət nazirlərinin 13-cü görüşü və iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun 15-ci iclası bundan əvvəl Bişkekdə (Qırğızıstan) keçirilib.





