Home » Orxan Məmmədov: Süni intellektin tətbiqi məsuliyyətli yanaşma tələb edir

Orxan Məmmədov: Süni intellektin tətbiqi məsuliyyətli yanaşma tələb edir

by Zeyneb
0 comments 1 views 1 minutes read

Süni intellekt biznes mühitində səmərəliliyin artırılmasına və qərarvermə prosesinin təkmilləşdirilməsinə töhfə versə də, onun tətbiqi məsuliyyətli yanaşma tələb edir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “Global CEO Summit 2026” beynəlxalq sammitində bildirib.

Onun sözlərinə görə, süni intellekt artıq gündəlik iş proseslərinin ayrılmaz hissəsinə çevrilib və şirkətlərə daha operativ, əsaslandırılmış qərarlar qəbul etməyə imkan yaradır:

“Bununla belə, texnologiyanın tətbiqi etik prinsiplər və insan amili nəzərə alınmaqla həyata keçirilməlidir. Liderlərin əsas vəzifələrindən biri texnologiyanın düzgün və təhlükəsiz istifadəsini təmin etməkdir. Məlumatların qorunması prioritet olmalıdır. Eyni zamanda, işçi heyəti dəyişən vəzifələrə uyğunlaşmaq üçün dəstəklənməlidir. Süni intellekt insanların rolunu zəiflətməməli, əksinə onların bacarıqlarını gücləndirməlidir. Texnologiya insanı hazırlıqsız şəkildə əvəz etməməli, onu daha məhsuldar və effektiv etməlidir”.

Mənbə: Report.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.