
19 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “MERKURİ BOKT” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2002019753 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 25.02.2026-cı il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
| Emitentin adı | “MERKURİ BOKT” ASC |
| Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2002019753 |
| İstiqrazların növü və forması | Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
| Ticarət üsulu/forması | Kütləvi/Birqiymətli Hərrac |
| İstiqrazların sayı | 22,000 ədəd |
| İlkin ticarət qiyməti | 50 manat |
| İstiqrazların buraxılış həcmi | 1,100,000 manat |
| İllik gəlirlilik faizi | 17% |
| Hərrac qiyməti | 50 manat |
| İstiqrazların reallaşdırılmış həcmi | 1,100,000 manat |
| İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) | 1,100,000 manat |
| İnvestor sayı | 50 |
| Sifariş sayı | 50 |
| Ödəmə Periodu | İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir |
| Tədavül müddəti | 5 il |
| Anderrayter | “CPM-İnvest İnvestisiya Şirkəti” ASC |





