Home » Azərbaycan və Avstriya iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan və Avstriya iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan ilə Avstriya arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi və sənaye əməkdaşlığının inkişafı məsələləri müzakirə olunub.

Məlumata görə, müzakirələr nazirin I müavini Elnur Əliyevin Avstriyanın İqtisadiyyat, Enerji və Turizm üzrə Federal Nazirliyinin Baş katibi Severin Qruber ilə görüşü çərçivəsində aparılıb.

Görüşdə iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, birgə layihələrin reallaşdırılması imkanları dəyərləndirilib. Tərəflər işğaldan azad edilmiş ərazilərdə Avstriya şirkətləri ilə əməkdaşlıq, sənaye, kənd təsərrüfatı, enerji, o cümlədən bərpa olunan enerji və humanitar sahələrdə tərəfdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

Bildirilib ki, mövcud potensialdan daha səmərəli istifadə olunması və işgüzar dairələr arasında birbaşa əlaqələrin təşviqi Azərbaycan-Avstriya iqtisadi münasibətlərinin daha da dərinləşdirilməsinə töhfə verə bilər.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.