Home » Avropa Komissiyası neft və qaz üzrə koordinasiya qruplarının fövqəladə iclaslarını keçirəcək

Avropa Komissiyası neft və qaz üzrə koordinasiya qruplarının fövqəladə iclaslarını keçirəcək

by yunus
0 comments 0 views 1 minutes read

Avropa Komissiyası bu həftə neft və qaz üzrə koordinasiya qruplarının fövqəladə iclaslarını keçirəcək.

BBN.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anna-Kaisa Itkonen Brüsseldə keçirilən brifinqdə bildirib.

“Avropa Komissiyası çərşənbə günü neft üzrə koordinasiya qrupunun, cümə axşamı isə qaz üzrə koordinasiya qrupunun iclasını keçirəcək. Biz Avropa İttifaqında enerji resurslarının çatışmazlığının qarşısının alınması üçün tədbirləri müzakirə edəcəyik”, – Anna-Kaisa İtkonen qeyd edib.

O əlavə edib ki, müzakirə ediləcək məsələlərdən biri Avropa İttifaqı ölkələri ilə Avropa hava limanlarında aviasiya yanacağı ehtiyatlarının səviyyəsi barədə məlumatların mübadiləsi olacaq. Yanacağın çatışmazlığı artıq bəzi ölkələrdə bir sıra reyslərin ləğv olunmasına səbəb olub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.