Home » AMB: İranın ətrafında baş verənlərin maliyyə sektoruna təsiri gözlənilmir

AMB: İranın ətrafında baş verənlərin maliyyə sektoruna təsiri gözlənilmir

by yunus
0 comments 0 views 1 minutes read

İranın ətrafında baş verənlərin Azərbaycanın maliyyə sektoruna hər hansı formada təsir etməsi gözlənilmir.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə bildirib.

“Bizim cənub qonşumuzla ixracın və idxalın payı ümumi ticarətdə elə də çox deyil. Maliyyə sektorumuzun da İranla inteqrasiyası çox deyil. Yəni, indiki mərhələdə sektora hər hansı təsir olacağını düşünmürük. Amma prosesləri yaxından izləyirik, hər hansı bir dəyişiklik olarsa biz öz proqnozlarımızı ona uyğun dəyişəcəyik. Yaxın Şərqdəki proseslər dünya bazarında neft qiymətlərini artırıb, bu da Azərbaycanın valyuta ehtiyatlarının və tədiyyə balansının artması deməkdir. Digər tərəfdən, neftin bahalaşması bizim ticarət tərəfdaşı olduğumuz və neft idxal edən bir sıra ölkələrdə inflyasiyanın artımı deməkdir, dolayısı ilə bizə inflyasiya idxalı deməkdir. Bu prosesi də yaxından izləyirik. İnflyasiya proqnozlarını detallaşdırırıq və may ayında paylaşacağıq”, – deyə o qeyd edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.