0

Bir sıra sahələrə verilmiş kreditlərin risklərində müəyyən artım müşahidə olunur.
BBN.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov 2025-ci il üzrə “Maliyyə sabitliyi hesabatı”nın təqdimatına dair mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, ticarət sahəsində qeyri-işlək kreditlərdə risklərdə artım müşahidə olunur:
“Aparılan təhlillər nəticəsində bu artımın sistem əhəmiyyətli olmaması qənaətinə gəlinib”.




