Home » AMB ilə ABA-nın Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bank rəhbərləri ilə görüş keçirilib

AMB ilə ABA-nın Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bank rəhbərləri ilə görüş keçirilib

by Aytac
0 comments 0 views 0 minutes read

2026-cı il mayın 13-də Azərbaycan Respublikasının Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bank rəhbərləri ilə görüş keçirib.

Görüş çərçivəsində cari ilin birinci rübü üzrə bank sektorunun fəaliyyət nəticələri, inkişaf dinamikası, strateji istiqamətləri və qarşıdakı dövr üçün prioritet məsələlər müzakirə olunub.

Tədbir zamanı bank sektorunda nəzarət mexanizmlərinin və requlyativ çərçivənin təkmilləşdirilməsi, həmçinin maliyyə sabitliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş iştirakçıları bank-maliyyə sektorunda dayanıqlı inkişafın təmin olunması, sektor üzrə əməkdaşlığın gücləndirilməsi və innovativ yanaşmaların təşviqinin vacibliyini vurğulayıblar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.