Home » Koordinasiya Şurasında Eqmont Qrupunun Bakı plenar iclasına hazırlıq müzakirə olunub

Koordinasiya Şurasında Eqmont Qrupunun Bakı plenar iclasına hazırlıq müzakirə olunub

by Zeyneb
0 comments 0 views 1 minutes read

İyunun 11-də cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının növbəti iclası keçirilib.

İclasda çıxış edən Baş nazirin müavini, Koordinasiya Şurasının sədri Samir Şərifov 2026-cı il 5–10 iyul tarixlərində Bakı şəhərində keçirilməsi nəzərdə tutulan Maliyyə Kəşfiyyatı Orqanlarının Eqmont Qrupunun 32-ci plenar iclasına hazırlıq işlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Bildirilib ki, tədbirin yüksək səviyyədə təşkili məqsədilə təsdiq edilmiş İş planının icrası Koordinasiya Şurasının və aidiyyəti dövlət qurumlarının diqqət mərkəzində saxlanılır.

İclas çərçivəsində Azərbaycan Maliyyə Monitorinqi Xidməti tərəfindən 2023 və 2024-cü illər üzrə hazırlanmış effektivlik üzrə özünüqiymətləndirmə hesabatından irəli gələn məsələlər müzakirə olunub. Aidiyyəti dövlət orqanlarının nümayəndələri görülmüş işlər və əldə olunan nəticələr barədə məlumat təqdim ediblər.

Bununla yanaşı, “Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkə risk qiymətləndirilməsi” hesabatı Koordinasiya Şurası tərəfindən təsdiqlənib. İclasda Şuranın fəaliyyəti ilə bağlı digər məsələlər də nəzərdən keçirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.