
“Comex” əmtəə birjasında avqust ayı üzrə qızıl fyuçerslərinin qiyməti iyunun 12-dən bəri ilk dəfə olaraq bir troy unsiyası üçün 4 200 ABŞ dollarından aşağı enib.
Bakı vaxtı ilə saat 06:06-a olan məlumata əsasən, qızılın qiyməti 1,12 % azalaraq bir troy unsiyası üçün 4 198,2 ABŞ dolları təşkil edib.
Eyni zamanda, 2026-cı ilin iyul ayında çatdırılacaq gümüş fyuçersləri də ucuzlaşıb. Belə ki, gümüşün bir troy unsiyasının qiyməti 2,25 % azalaraq 64,82 ABŞ dollarına düşüb.
Qiymətli metallar bazarında müşahidə olunan eniş kriptovalyuta bazarına da təsirsiz ötüşməyib. Bazar kapitallaşmasına görə dünyanın iki ən böyük kriptovalyutası olan Bitkoin və Ethereum da dəyər itirib.
Son məlumatlara görə, Bitkoinin qiyməti 2,57 % azalaraq 62 977 ABŞ dollarına, Ethereumun qiyməti isə 2,77 % ucuzlaşaraq 1 707 ABŞ dollarına enib.




